Prezident Qubaya, Ucara və Göyçaya yeni icra başçısı təyin etdi
Azərbaycan Respublikası Prezidenti Göyçay və Ucar rayonlarına yeni icra başçısının təyin olunması barədə sərəncam imzalayıb.
AzNews.info-nun Prezident Adminstrasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mübariz Alı oğlu Ağayevin Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Göyçay rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması barədə sərəncam imzalayıb.
Digər sərəncamlarla isə Yaşar Qəhrəman oğlu Məmmədov Quba rayonu İcra hakimiyyətinin başçısı, Mənsur Həmzə oğlu Məmmədov Ucar rayonu İcra hakimiyyətinin başçıs təyin ediliblər.
Mənbə:> AzNews.info