Prezident Yasamala yeni icra başçısı təyin etdi
Prezident İlham Əliyev Əziz İmran oğlu Əzizovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Əziz Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı vəzifəsinə təyin edilib.
Bu barədə prezidentin rəsmi saytı xəbər yayıb.
Yasamal Rayon İcra Hakimiyyətinin əvvəlki başçısı İbrahim Mehdiyev ötən ilin iyulunda Bakının "Sovetski" məhəlləsində yerləşən "Hacı Cavad" məscisinin sökülməsi barədə özbaşına göstəriş verdiyinə görə işdən azad edilmişdi. Həmin vaxtdan indiyədək RİH başçısı vəzifəsi boş idi.
Mənbə:> Virtualaz.org