Prezident gül-çiçəkli icra başçısını da işdən çıxartdı
Prezident İlham Əliyev daha bir icra başçısının işdən çıxarılması ilə bağlı sərəncam imzalayıb.
Azxeber.com xəbər verir ki, sərəncamla Tahir Abuzər oğlu Kərimov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, Tahir Kərimov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 2011-ci ildən işləyirdi.
Onu da bildirək ki, Prezident İlham Əliyev dünən 2 rayonun - Cəbrayıl və Laçın Rayon İcra Hakimiyyətlərinin başçılarının da vəzifədən çıxarılması ilə bağlı sərəncam imzalayıb.
Mənbə:> Azxeber.com