Prezident 2 icra başçısını vəzifəsindən azad etdi – RƏSMİ
Prezident iki icra başçısının vəzifəsindən azad olunması ilə bağlı sərəncam verib.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, Akif İsmayıl oğlu Səlimov Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
***
Ölkə başçısının digər sərəncamı ilə Mahmud Nayfalı oğlu Quliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Mənbə:> AzərTAc