"Rəsmi Kiyevə təzyiq olmalıdır" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

"Rəsmi Kiyevə təzyiq olmalıdır"

"Rəsmi Kiyevə təzyiq olmalıdır"


Fransa və Almaniya Ukraynanın Donbas regionunda atəşkəs rejiminə riayət olunması üçün rəsmi Kiyevə təzyiq göstərməlidir.

ANS PRESS-in məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bir bəyanat səsləndirib. Lavrov qeyd edib ki, Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə sülh olması üçün Minsk razılaşmasının şərtlərinə əməl etməlidir.

Sergey Lavrov: “Biz məlum çağırışlar edirik. Onlar Pyotr Poroşenko tərəfindən qəbul olunan öhdəliklərin yerinə yetirilməsi üçün Ukrayna rəhbərliyinə təsir etməlidirlər”

Donbas regionunda hökumət qüvvələri ilə ruspərəst üsyançıların təmas xəttində monitorinq aparan ATƏT ekspertləri Donetskin üsyançıların nəzarəti altında olan Qorlovka, Enakievo və Miçurino şəhərlərində, eyni zamanda, hökumət qüvvələrinin nəzarətində olan Kuraxovo, Muratovo və Smolyaninovo şəhərlərində ağır hərbi texnikanın olduğunu müşhidə ediblər.

Minsk razılaşmasına əsasən, tərəflərin təmas xəttindən tankları 50 kilometr geri çəkməsi nəzərdə tutulur.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *