ABŞ-dan Kiyevə tərs şillə » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

ABŞ-dan Kiyevə tərs şillə

ABŞ-dan Kiyevə tərs şillə


"Ukrayna prezidenti Pyotr Poroşenko güclü lider deyil, o öz strategiyasını həyata keçirə bilmir".

ANS PRESS-in məlumatına görə, bunu amerikalı tarixçi, SSRİ və Rusiya üzrə mütəxəssis Stiven Koen yerli telekanallardan birinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Poroşenko güclü lider olmadığı üçün Ukraynanın istər daxili, istərsə də xarici siyasətində öz fikirləri əsasında qərar verməyə çətinlik çəkir.

"Məsələn, Ukraynanın şərqində Debaltsevo döyüşləri "Normand dördlüyü" ölkələrinin liderlərinin görüşündə Poroşenko öz iradəsini ortaya qoya bilmədi. Məsələ müzakirə olunarkən Poroşenko telefonla danışmaq üçün bir neçə dəfə otağı tərk etdi", - deyə mütəxxəsis bildirdi.

Stiven Koenin sözlərinə görə, Ukrayna prezidenti postuna ən layiqli namizəd ölkənin baş naziri Arseni Yatsenyukdur.

"Hələ 2014-cü ilin əvvəllərində ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payett ilə telefon danışığında bildirmişdi ki, Yatsenyuk Ukrayna rəhbərliyinə ən güclü namizəddir", - deyə Koen bildirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *