“Paşinyan o qədər qanmaz, qeyri-real fikir söylədi ki…” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

“Paşinyan o qədər qanmaz, qeyri-real fikir söylədi ki…”

“Paşinyan o qədər qanmaz, qeyri-real fikir söylədi ki…”


Rasim Ağayev: “Görün Ermənistan nə gündədir ki, Rusiya da onun təklifini mənasız adlandırır”
Qarabağla bağlı danışıqlarda Qarabağdakı separatçı rejimin təmsilçisinin iştirakı fikri Paşinyan və erməni mətbuatının tez-tez səsləndirdiyi iddialar arasındadır. Bəs qondarma rejim təmsilçisinin bu danışıqlarda iştirakı Azərbaycanın maraqlarına nə dərəcədə cavab verir? Danışıq tərəflərinin çoxalması danışıqların da mürəkkəbləşməsinə səbəb ola bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Rasim Ağayev Ermənistanın bu istəyinin hətta Rusiya tərəfindən də səfeh açıqlama kimi dəyərləndirildiyinə diqqət çəkdi:

“Söhbət prinsipial şeydən gedir. Erməni tərəfindən bu kimi söz-söhbətlər adətən rəsmi dairələr tərəfindən deyil, siyasətçilər, Qarabağda yaşamış bəzi şəxslər və s. tərəfindən ortaya atılır. Paşinyan bir dəfə rəsmi Emənistanın fikrini açıqladı. Paşinyan o qədər qanmaz, qeyri-real fikir söyləmişdi ki, Rusiya XİN-nin rəhbəri məcbur oldu desin ki, bu, konstruktiv təklif deyil. Bunu Rusiya deyir. Indi görün Ermənistan nə gündədir. Odur ki, bu kimi fikirləri qeyri-real, heç bir perspektivi olmayan fikir hesab edirəm və düşünürəm ki, bunları ciddiyə almağa ehtiyac yoxdur”.

Mənbə: Moderator.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *