Putin-Əliyev-Paşinyan görüşü hazırlanır – rusiyalı politoloq
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə danışıqlarda Dağlıq Qarabağın tərəf kimi iştirakına nail olmağa çalışacaq. Bunu virtualaz.org-a müsahibəsində rusiyalı politoloq Maksim Mayorov bildirib.
“Baş nazir Nikol Paşinyan Dağlıq Qarabağın Ermənistan-Azərbaycan münaqişəsində tərəf kimi tanınmasının lehinə çıxışlarını davam etdirəcək, belə ki, bu, onun həm Ermənistanın daxilində, həm də dünya miqyasında mövqelərinə və siyasi perspektivlərinə təsir göstərə bilər”, - bunu vurğulayan ekspert əlavə edib ki, Paşinyan uzun müddət erməni dövlətinin başında qalacaq.
M.Mayorovun fikrincə, yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində irəliləyişlər gözləməyə dəyməz.
“Düşünürəm ki, hələlik irəliləyiş gözləməyə dəyməz. Hər iki dövlətdə rəhbərlik dəyişib və o, sonrakı kursu müəyyənləşdirməlidir. Perspektivdə isə, bəli, hər iki tərəf mümaqişənin tezliklə həllində maraqlıdır”, - o qeyd edib.
Politoloq 2016-cı iloin aprel hadisələrinin təkrarlanmasını az inandırıcı hesab edir: “Hər halda, mən onların bərpa olunması üçün səbəb görmürəm”.
Onun sözlərinə görə, bunun əleyhinə Qafqazda sülhün qorunmasında maraqlı olan Rusiya da çıxış edir. “Fikrimcə, Moskva hər şey edəcək ki, tərəflərin mövqeləri maksimal dərəcədə yaxınlaşsın və münaqişənin tənzimlənməsi prosesi ölü nöqtədən tərpənsin. Bu zaman Qafqazda onsuz da kövrək olan sülhə təhlükə törədə biləcək zorun tətbiqinə yol verilməyəcək. Əminəm ki, bu il ərzində Rusiya, Azərbaycan və Ermənistan lidelərinin üçtərəfli görüşü keçiriləcək, belə ki, Qarabağdan savayı da həll edilməli bir sıra məsələlər mövcuddur”, - ekspert bildirib.