Lukaşenkonun keçmiş köməkçisi rüşvətə görə saxlanıldı
Belarusda ölkə prezidenti Aleksandr Lukaşenkonun keçmiş köməkçisi Sergey Rovneyko saxlanılıb. O, böyük miqdarda rüşvət almaqda ittiham olunur.
Qeyd olunur ki, Belarus Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları S.Rovneykonu 200 min dollar məbləğində rüşvət alarkən yaxalayıb.
Prezident A.Lukaşenko bu hadisəni şərh edərkən bildirib ki, keçmiş köməkçisi özünü əsl quldur kimi aparıb. Hazırda onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Mənbə:> Virtualaz.org