Fuad Ələsgərova Lukaşenkonun innovasiyalarını göstərdilər
Azərbaycan Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusda Yüksək Texnologiyalar Parkına (YTP) baş çəkib.
Virtualaz.org-un məlumatına görə, YTP-nin direktoru Vsevolod Yançevskiy nümayəndə heyətinin üzvlərini parkın işi və onun nailiyyətləri ilə tanış edib. Şirkətin nümayəndələri-YTP-nin rezidentləri öz hazırladıqları məhsulları və texnologiyaları, o cümlədən hansılardan ki, Azərbaycanda da səmərəli şəkildə istifadə etmək olar, nümayiş etdiriblər.
Tərəflər Belarus texnologiyaları üzrə əməkdaşlıq və konkret layihələrin Azərbaycanda tətbiqi haqda razılığa gəliblər.
O da bildirilir ki, Azərbaycan tərəfi görüşdə ASAN xidmətin - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin orijinal konsepsiyasını və işinin nəticələrini təqdim edib.
Mənbə:> Virtualaz.org