Əfqanıstanda da “ASAN Xidmət” yaradıldı
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstan İslam Respublikasında səfərdədir.
“ASAN Xidmət”dən Oxu.Az-a verilən məlumata görə, ötən gün Əfqanıstan prezidentinin sarayında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstan Maliyyə Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi Azərbaycanın “ASAN Xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi mexanizminin təsis edilməsidir.
Artıq Əfqanıstanda eyni adlı qurum təsis edilib – asan.gov.af.
Mənbə:> Oxu.Az