İlham Əliyev “ASAN xidmət”ə 7 milyon manat ayırdı
Prezident sərəncam imzalayıb.
Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən regionlarda əhaliyə göstərilən xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzNews.info AZƏRTAC-a istinadən xəbər verir ki, Prezidentin ehtiyat fondundan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Masallı rayonunda regional “ASAN xidmət” mərkəzinin tikilməsi üçün ilkin olaraq 7 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Mənbə:> AzərTAc