Erməni nazirləri “ekonom-klass”a keçirdilər
Ermənistanlı nazirlər bundan sonra ezamiyyətə “ekonom-klass”da uçacaqlar.
“Sputnik” xəbər verir ki, bunu hökumət Aparatının rəhbəri Eduard Aqacanyan deyib.
Onun sözlərinə görə, baş nazirin müavini Tiqran Avinyan Astanaya məhz belə səfər edib.
“Bundan sonra belə işləyəcəyik. Nümayəndə heyətinin qarşısına ciddi şərtlər qoyulacaq. Heç kəs iş ezamiyyətinə turizm məqsədləri üçün getdiyi kimi qatıla bilməcəyək”, - Aqacanyan deyib.
“Əgər baş nazirin müavini “ekonom-klass”da uçursa, deməli, nazirlər də belə edəcək”, - o əlavə edib.
Mənbə:> Sputnik