Erməni politoloq Bakıda xanımlara master-klass keçəcək
Rusiyanın siyasi xadimi, yazıçı, tele və radioaparıcısı, iqtisad elmləri namizədi, Rusiya dumasının deputatı, İnkişaf Partiyasının üzvü və Rusiya Prezidentliyinə namizəd olmuş İrina Xakamada Bakıya gəlir.
AzNews.info xəbər verir ki, 100 Business Women of Azerbaijan ictimai birliyinin təşkilatçılığı ilə Bakıya gələcək İrina qadınlara karyerada və ailədə uğurlu olmağın sirrləri, qadın mifləri və reallıqları, istənilən yaşda yeni həyat qurmağın yolları və sairə mövzularda master klass keçəcək.
Qeyd edək ki, nənəsi erməni olan İ.Xakamada Rusiyada 2004-cü il prezident seçkilərində namizədliyini irəli sürüb və beşinci yeri tutub. Siyasi təmayül baxımından sağçıdır.
1995-ci ildə «Taym» jurnalı onu «21-ci əsrin siyasətçisi» adlandırıb. 1996-cı ildə həmin jurnalda dünyanın 100 ən məşhur qadınlarından biri hesab edilib.
Mənbə:> AzNews.info