Co Bayden ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcək
ABŞ-ın vitse-prezidenti Co Bayden prezident seçkilərində namizədliyini irəli sürməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə siyasətçi özü bildirib.
Onun sözlərinə görə, belə bir qərarın səbəbi oğlu Bo Baydenin ölümü olub. Xatırladaq ki, Bo Bayden 2015-ci ilin may ayında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Vitse-prezident qeyd edib ki, indi onun seçkiqabağı kampaniyanın uğurlu keçirilməsi üçün lazımi qədər vaxtı yoxdur.
ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabrında keçiriləcək.
Mənbə:> Oxu.Az