ABŞ-dan Bərzaniyə sensassion Kürdüstan vədi
Türkiyə mətbuatının yazdığına görə, Bayden Bərzaniyə «Kürd dövlətini görməyə ikimizin də ömrü çatacaq» deyib.
ABŞ prezidenti Barak Obamanın da iştirak etdiyi görüşdə Bərzani Vaşinqton rəsmilərinə kürdlərin gələcək planlarına dair ətraflı məlumat verib. Bağdad rejiminə dəstək olacaqlarını bəyan edən M.Bərzani paralel olaraq kürdlərin haqq və hüquqları uğrunda mücadilədən də dönməyəcəklərini bildirib. Həmçinin qeyd edib ki, kürdlər öz müqəddəratlarını həll etmək iqtidarındadırlar.
Məlumata görə, Obama Bərzaniyə «Kürd millətinin tələblərini öyrənmək istədik. Tələblərinizin əleyhinə deyilik. Lakin indiki məqamda bizim üçün prioritet İŞİD-in məhv edilməsidir» deyə bildirib.
Bayden isə yuxarıda qeyd olunduğu kimi, Bərzaniyə «Hörmətli prezident, rahat olun, ikimizin də ömrü Kürdüstan dövlətini görməyə çatacaq» deyib.
Mənbə:> AzadXeber.az