Bakıda İsveçrə mətbəxi ilə bağlı Master Klass keçiriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Bakıda İsveçrə mətbəxi ilə bağlı Master Klass keçiriləcək

Bakıda İsveçrə mətbəxi ilə bağlı Master Klass keçiriləcək


2016-cı ilin 14 aprel tarixində Bakı Bulvar Otelində İsveçrənin Azərbaycandakı səfirliyi tərəfindən Beynəlxalq Fransız dili və Frankofoniya həftəsi ərzində keçirilən tədbirlər çərçivəsində İsveçrə mətbəxi ilə bağlı Master Klass keçiriləcək.

AzNews.info Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, Master Klassda İsveçrədən olan aşpaz Pascal Aubert, Fransadan olan aşpaz Thibault Bera və Azərbaycanlı Aşpaz Orxan Muxtarov praktiki bişirmə texnikalarını nümayiş etdirəcəklər. Onların hər biri yalnız yerli məhsullardan istifadə etməklə xüsusi milli reseptlər və hazırlanma qaydasını təqdim edəcəklər. Tədbirdə Azərbaycan Milli Kulinariya Assosiyasiyasının tələbləri və seçilmiş aşpazlar iştirak edəcəklər. Master Klass 14:00-17:00 saatlarında keçiriləcək.

Qeyd edək ki, tədbir Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində İsveçrə səfirliyi tərəfindən təşkil olunmuşdur. Master Klassın məqsədi Kulinariya Akademiyasının seçilmiş tələbələrində və qabaqcıl mehmanxana və restoranların yerli aşpazlarına yerli məshullardan istifadə etməklə Azərbaycan, İsveçrə və Fransanın müxtəlif yeməklərinin hazırlanma qaydalarını təqdim etməkdir.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *