4-cü Mövsüm Səyahət Yarmarkası keçiriləcək » AzNews.info -Xəbər portalı

4-cü Mövsüm Səyahət Yarmarkası keçiriləcək

4-cü Mövsüm Səyahət Yarmarkası keçiriləcək


5 mart 2016-cı il tarixində Park Bulvar Ticarət Mərkəzinin 1-ci mərtəbəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyası (AZTA) tərəfindən 4-cü Mövsüm Səyahət Yarmarkası keçiriləcəkdir.

AzNews.info xəbər verir ki, 4-cü Mövsüm Səyahət Yarmarkası saat 11:00-da başlayacaq və 20:00-dək davam edəcək.

Yarmarka həm də bütün gün ərzində məhşur şəxslərin iştirakı ilə əyləncəli tədbirlərlə müşayiət olunacaq.

Müştərilərə Novruz bayramı ərəfəsində, yaz və yay tətillərində xoş və maraqlı vaxt keçirmək üçün təkliflər təqdim olunacaq.

Yarmarkada turizm agenliklərinin endirimləri, erkən bronlaşdırmalar və turizm marşrutları haqqında məlumat veriləcək.

Tədbir çərçivəsində müxtəlif konkurslar, lotoreyalar və oyunlar keçirilməsi planlaşdırılır. Konkursun qaliblərinə Türkiyə, BƏƏ və Azərbaycanın bir çox otellərinə tur məhsulları təqdim olunacaq.

Ölkənin 20-dən çox turizm şirkətinin nümayəndələri tərəfindən 4-cü Mövsüm Səyahət Yarmarkasında müştərilərin suallarına cavab veriləcək, bütün arzu və təkliflər nəzərə alınaraq uyğun tur seçimində yaxından köməklik göstəriləcək.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *