Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin növbəti toplantısı Bakıda keçiriləcək » AzNews.info -Xəbər portalı

Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin növbəti toplantısı Bakıda keçiriləcək

Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin növbəti toplantısı Bakıda keçiriləcək


Səyahət, turizm və qonaqpərvərlik sənayesinin “Davos Forumu” sayılan Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (WTFL Think Tank) növbəti toplantısı 2016-cı il 5-6 mart tarixində Bakıda keçiriləcəkdir. Qeyd olunan toplantıda bir sıra ölkələrin turizm nazirləri, beynəlxalq təşkilatların rəhbərləri və turizm üzrə tanınmış ekspertlərin iştirakı nəzərdə tutulur. Builki toplantının mövzusu “İnkişafda olan turizm məkanları üçün müvəffəqiyyət faktorları”dır.

AzNews.info xəbər verir ki, toplantı zamanı “növbəti on il ərzində turizm sahəsinə təsir edəcək global tendensialar, turizm üçün insan resursları inkişafının mahiyyəti, yeni texnologiyaların biznes modellərinə və marketinqə təsiri və digər mövzularla bağlı müzakirələr aparılacaqdır.

Qeyd olunmalıdır ki, ölkəmiz 2015-ci ildə İsveçrədə keçirilmiş Lüsern Dünya Turizm Forumunda “Qonaq ölkə” (Guest country) qismində iştirak etmişdir.

Forum haqda ətraflı məlumat http://wtflucerne.org/ elektron ünvanından əldə oluna bilinər.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *