Əsli Bakıdan olan müğənni Ermənistanda xəstəxanalıq oldu
Rusiyanın məşhur müğənnisi İrina Alleqrova xəstəxanalıq olub.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, İrina Alleqrova İrəvanda konsert verməyi planlaşdırırdı.
Lakin konsertdən bir neçə saat əvvəl qəfildən onun halı pisləşib və yerə yıxılıb. Müğənnini xəstəxanaya aparıblar.
Müğənni həmçinin alınan biletləri atmamağı təklif edib. Çünki konsert aprelin 6-da baş tutacaq.
Qeyd edək ki, İrina Alleqrova 1952-ci ildə Rusiyanın Rostov-na-Donu şəhərində Azərbaycan SSR və RSFSR-in əməkdar artisti, teatr rejissoru və aktyoru, erməni Aleksandr Qriqoryeviç Alleqrovun ailəsində anadan olub. Onun atası gəncliyində öz soyadını rəsmi olaraq Sərkisovdan Alleqrova dəyişib.
İrina Alleqrova 9 yaşında Bakıya köçüb və xeyli müddət Azərbaycanda yaşayıb. Onun valideynləri Bakı Musiqili Komediya Teatrında çalışıblar, İrina isə Bakıda musiqi təhsil alıb. Alleqrovanın ata babası və nənəsi də Bakı ermənilərindən olublar.
Mənbə:> Oxu.Az