“Vahid Rusiya” parlament seçkilərində qalib gəlir
MSK-nın məlumatına görə, qeyri-parlament partiyalarının heç biri dövlət tərəfindən maliyyələşməyə namizəd deyil.
Dairə seçki komissiyalarının 90% yekun protokolunun yoxlanmasının nəticəsi üzrə, federal dairə üzrə 54,21% səs toplayan “Vahid Rusiya” Dövlət Dumsına seçkilərdə liderlik edir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, səsvermənin nəticələri Rusiya Mərkəzi Seçki Komissiyasının informasiya lövhəsində təqdim edilib.
İkinci yerdə 13,53%-lə RFKP, daha sonra 13,28%-lə RLDP gəlir. Bundan başqa ilkin məlumata görə, 6,19% səs toplayan “Ədalətli Rusiya” partiyası da Dövlət Dumasının yeddinci çağırışına keçir.
Digər 10 siyasi partiya 5%-lik minimum həddi aşa bilməyib.
Beşinci yerdə 2,35% səslə “Rusiya kommunistləri”dir. Daha sonra 2,86%-lə “Yabloko”, 1,75% səslə Rusiya təqaüdçüləri ədalət uğrunda partiyası, 1,44% səslə “Vətən”, 1,18%-lə İnkişaf Partiyası, 0,74%-lə “Yaşıllar”, 0,70%-lə “Parnas”, 0,58%-lə “Rusiya vətənpərvərləri”, 0,22%-lə “Vətəndaş platforması” gəlir. Hazırda 0,14% səslə sonuncu yeri “Vətəndaş qüvvəsi” tutur.
10:01
13,61% səs toplayan RFKP, 13,37% səs toplayan RLDP-dan bir qədər irəlidədir, “Ədalətli Rusiya” isə 6,17% səs toplayıb.
“Vahid Rusiya” 54,28%, Kommunist Partiyası 13,61%, Liberal-Demokrat Partiyası 13,37%, “Ədalətli Rusiya” Partiyası isə 6,17% səs toplayıb. “Vahid Rusiya” həmçinin 225 birmandatlı dairələrdən 203-də liderliyi qoruyub saxlayır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, səsvermənin nəticələri Rusiya Mərkəzi Seçki Komissiyasında informasiya lövhəsində təqdim edilib.
Digər 10 siyasi partiya 5%-lik minimum həddi aşa bilməyib.
Beşinci yerdə 2,40% səslə “Rusiya kommunistləri”dir. Daha sonra 1,77% səslə Rusiya təqaüdçüləri ədalət uğrunda partiyası, 1,42% səslə “Vətən”, 1,11%-lə İnkişaf Partiyası, 0,72%-lə “Yaşıllar”, 0,68%-lə “Parnas”, 0,57%-lə “Rusiya vətənpərvərləri”, 0,22%-lə “Vətəndaş platforması” gəlir. Hazırda 0,13% səslə sonuncu yeri “Vətəndaş qüvvəsi” tutur.
Seçicilərin səsvermədə iştirakı 47,91% təşkil edir.
Dövlət Dumasına seçkilər sentyabrın 18-də qarışıq sistem üzrə baş tutub: 225 deputat partiya siyahılarına görə, 225 deputat isə birmandatlı dairələr üzrə seçilib.
Mənbə:> Oxu.az