MSK-nın tərkibi yenidən formalaşdırılır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

MSK-nın tərkibi yenidən formalaşdırılır

MSK-nın tərkibi yenidən formalaşdırılır


Azərbaycan Mərkəzi Seçki Komissiyasının tərkibi yenidən formalaşdırılır.

Milli Məclisdən Oxu.Az-a verilən məlumata görə, bununla bağlı sənəd aprelin 15-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzləyici üzvlərinin seçilməsi haqqında” layihədə V çağırışda Milli Məclisə nümayəndələri seçilmiş partiyaları MSK-da təmsil edəcək namizədlər əks olunub.

V çağırış Milli Məclisdə Yeni Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Sosial Rifah Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Vəhdət Partiyası və Demokratik İslahatlar Partiyasından deputatlar var.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *