Nazirin müavini Koreyanın nüfuzlu “Korea Times” internet portalına müsahibə vermişdir
AzNews.info xəbər verir ki, Koreyada keçirilən Azərbaycan-Koreya Hökümətlərarası Komissiyasının ilk iclasında iştirak etmək üçün bu ölkəyə səfər edən Azərbaycan Respublikasının Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Koreyanın nüfuzlu “Korea Times” internet portalına müsahibə vermişdir.
Müsahibəsində Koreyadan Azərbaycana səfər edən turistlərin artdığını bildirən nazir müavini hazırda ölkəmizə gələn turistlərin əsasən digər ölkələrdə təyyarə dəyişdiyini, lakin növbəti addım kimi Seul və Bakı arasında birbaşa uçuşların yaradıla biləcəyinin mümkünlüyünü ifadə edib.
Nazim Səmədov Koreyalı turistlərin təbiət səfərlərini sevdiyini vurğulayaraq Azərbaycanının zəngin flora və faunaya malik ölkə kimi onların diqqətini çəkəcəyinə əminliyini ifadə edərək bu ölkə vətəndaşlarını Azərbaycana səfər etməyə çağırıb.
Xatırladaq, 09-12 iyun tarixlərində Koreyanın Seul şəhərində Cənub-Şərqi Asiya regiounun ən böyük turizm sərgilərindən olan və ölkəmizin artiq 4-cü dəfədir ki təmsil olunduğu “KOTFA 2016” beynəlxalq turizm sərgisi də keçirilmişdir və nazir müavini həmçinin sərgini də ziyarət etmişdir. Sərginin yekununda təşkilatçılar tərəfindən sərginin işində fəal iştirak etmiş ölkələr və şirkətlər mükafatlandırılmışlar. Belə ki, sərgidə Koreya və ingilis dillərində 20-dən çox adda turizmin təbliği üzrə reklam-çap məhsulları ilə iştirak edən ölkəmiz ``Ən yaxşı turizm nəşrləri`` mükafatına layiq görülmüşdür.
“Korea Times” internet portalında yerləşdirilmiş məqalə ilə sonrakı link vasitəsi ilə tanış olmaq mümkündür:
http://m.koreatimes.co.kr/phone/news/view.jsp?req_newsidx=207351
Mənbə:> AZNEWS.INFO