Putin: "Boinq"in vurulduğu raket Rusiyaya məxsus deyil
2014-cü ildə Ukraynanın şərqində qəzaya uğrayan "Boinq" sərnişin təyyarəsini qətiyyən bizim raket vurmayıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Rusiya lideri təyyarə qəzası ilə bağlı fərqli ehtimalların olduğunu və heç kimin bunları nəzərə almadığını bildirib.
Putin beynəlxalq araşdırmaya güvənmədiklərini, Rusiyanın istintaq prosesinə tam səlahiyyətlə daxil edilmədiyini də vurğulayıb.
Xatırladaq ki, Hollandiya, Avstraliya, eləcə də NATO-nun baş katibi Yens Stoltenberq 2014-cü ildə Ukraynanın hava sahəsində Malaziyanın “Boinq MH17” təyyarəsinin vurulmasına görə, Rusiyanın məsuliyyət daşıdığını bildiriblər.
Mənbə:> Virtualaz.org