Putin dediyinin üstündə durdu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Putin dediyinin üstündə durdu

Putin dediyinin üstündə durdu


BMT təhlükəsizlik şurası 2014-cü ilin iyulunda Donetsk ərazisində qəzaya düşən Malaziyanın "Boinq" avialaynerinin aviaqəzasında günahkarların cinayət təqibi üçün tribunalın yaradılması haqqında qətnaməni qəbul etməyib.

ANS PRESS-in məlumatına görə, bu haqda Reuters xəbər yayıb. Rusiya BMT Təhlükəsizlik Şurasında Malayziyanın “Boeing” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı beynəlxalq tribunal yaradılması haqda qətnamənin qəbul olunmasına imkan verməyib.

Malayziya, Avstraliya, Hollandiya və Ukraynanın verdiyi sənəd üçün təhlükəsizlik şurasının 11 üzvü qətnamənin lehinə səs verib. Üç ölkə — Çin, Anqola və Venesuela bitərəf qalıb. Rusiya isə özünün veto hüququndan istifadə edərək, sənədin qəbulunu əngəlləyib.

Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin qeyd etmişdi ki, Moskva məlum qətnamənin əleyhinə səs verəcək.

Malayziyaya məxsus "Boinq" ötən ilin yayında Rusiya meyilli separatçıların nəzarət elədiyi Donetsk səmasında vurulub. Faciə nəticəsində Malayziyanın paytaxtı Kuala-Lumpurdan Niderlandın paytaxtı Amsterdama uçarkən naməlum şəraitdə qəzaya uğrayan və raketlə vurulduğu ehtimal edilən təyyarədə olan 298 nəfərin hamısı ölmüşdü.

Rusiya hadisəyə görə məsuliyyətdən yayınmağa çalışır. Kremlin beynəlxalq tribunal əleyhinə çıxmasının əsas səbəbi də həqiqətin üzə çıxması ilə ona qarşı əlavə sanksiyaların tətbiq ediləcəyindən qorxmasıdır.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Niderlandın baş naziri Mark Rütte ilə Donetsk üzərində qəzaya uğrayan Malayziya “Boeing”inin istintaqını müzakirə edib.

Putin növbəti dəfə Ukrayna da daxil olmaqla bir neçə ölkəni dəstəklədiyi beynəlxalq tribunalın məqsədəuyğun olmadığını qeyd edib. O, bu ölkələrin “Boeing” üzrə qətnamə layihəsini təkzib etmələrinə təəssüfləndi.

Bundan başqa, Putin onun Moskvanın bu qəzanın istintaqında fəal iştirakının olmamasına dair sualları olduğunu bəyan edərək, Rusiyanın bu məsələdə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Rusiya Federasiyası prezidenti həmçinin Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının 2014-cü il iyul ayının 21-də qəbul edilmiş bəyanatına riayətin labüdlüyünü vurğulayıb.



Putin dediyinin üstündə durdu
Putin dediyinin üstündə durdu

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *