NATO da sərnişin təyyarəsinin vurulmasına görə Rusiyanı günahlandırdı
NATO 2014-cü ildə Ukrayna səmasında Malayziya HavaYollarına məxsus sərnişin təyyarəsinin vurulmasına görə Rusiyanı günahlandırıb.
"TRT Haber” bildirir ki, NATO-nun baş katibi Yens Stoltenberq bu barədə yazılı açıqlama ilə çıxış edib.
Y.Stoltenberq sərnişin təyyarəsinin vurulmasını qlobal faciə adlandıraraq Rusiyanı günahını boynuna almağa çağırıb. Baş katib məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb.
Hadisədə vətəndaşlarını itirən Niderland və Avstraliya da olaya görə məsuliyyəti Rusiyanın boynuna qoyublar.
Kremlin sözçüsü Dmitri Peskov isə təyyarənin Rusiya ordusuna aid raket qurğusu ilə vurulmasına dair iddiaları rədd edib və Beynəlxalq İstintaq Qrupunun gəldiyi nəticələrə etibar etmədiklərini deyib.
Mənbə:> Virtualaz.org