NATO-nun baş katibi Qarabağdakı atəşkəs haqda
NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağ münaqişəsi zonasında toqquşmaların dayandırılmasını müsbət qiymətləndirib və tərəfləri münaqişənin yenidən gərginləşməsinə yol verməməyə çağırıb.
Virtualaz.org-un məlumatına görə, bu barədə baş katibin bəyanatında bildirilir.
"Mən tərəfləri atəşkəs haqqında sazişə hörmətlə yanaşmağa, təmkinlilik nümayiş etdirməyə və vəziyyətin yenidən gərginləşməsinə yol verməməyə çağırıram", — deyə məlumatda qeyd olunub.
Stoltenberq bildirib ki, NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.
"Tərəflər danışıqlar masasına dönməli və məsələnin tam həlli yollarını axtarmalıdırlar", — deyə NATO baş katibi əlavə edib.
Mənbə:> Virtualaz.org