Ukrayna MDB çərçivəsində imzalanmış müqavilələrdən çıxmaq niyyətindədir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ukrayna MDB çərçivəsində imzalanmış müqavilələrdən çıxmaq niyyətindədir

Ukrayna MDB çərçivəsində imzalanmış müqavilələrdən çıxmaq niyyətindədir

Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində imzalanmış bütün müqavilələrə yenidən baxır və milli maraqlarına zidd bütün müqavilələrdən çıxacaq.

"Deutsche Welle" radiosunun verdiyi məlumata görə, bunu bu gün Kiyevdə SSRİ dövründə siyasi repressiya qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

P.Poroşenko deyib ki, Ukrayna əminliklə Rusiyanın təsir sferasından çıxır: "Ukrayna həmişə, hələ 1991-ci ildən MDB-yə üzvlüyə imperiyadan sivil qaydada "boşanma" vasitəsi kimi baxıb. Ancaq Rusiyanın günahından bunun sivil qaydada həyata keçməsi alınmayıb. Moskva MDB-ni Kremldən idarə edilən imperiyaya çevirməyə çalışıb. Buna görə də Ukrayna MDB-nin Nizamnaməsini ratifikasiya etməyib və MDB-nin tam hüquqlu üzvü olmağa hazırlaşmayıb. Biz Ukraynanın heç vaxt daxil olmadığı yerdən çıxa bilmərik. Ancaq biz MDB-nin koordinasiya orqanlarında iştirakımızı dayandırırıq".

Qeyd edək ki, P.Poroşenko dünən Ukraynanın MDB orqanlarındakı nümayəndələrinin geri çağırılması barədə fərman imzalayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *