Poroşenko: 2016-cı ildə Ukrayna Donbasa qayıtmalıdır
Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, 2016-cı ildə ölkənin suverenliyi Donbasda bərpa edilməlidir.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, prezident bu barədə mətbuat konfransında çıxışı zamanı deyib.
“2016-cı ildə Ukraynanın suverenliyi Donbasda bərpa edilməlidir. Ukrayna 2016-cı ildə Donbasa dönməlidir”, - o deyib.
Poroşenko qeyd edib ki, Donbasın qaytarılması siyasi-diplomatik yolla həll ediləcək.
Mənbə:> Oxu.Az