Poroşenko Ukraynanın milli ideyasını açıqladı
Ukrayna prezidenti Pyotr Poroşenko Hollandiyada tələbələr qarşısında çıxışı zamanı Avropanı öz ölkəsinin milli ideyası adlandırıb.
Bu barədə Oxu.Az “112 Ukrayna” telekanalına istinadən xəbər verir.
“Ukrayna bu gün Avropa ilə yaşayır. Biz Avropa dəyərləri uğrunda mübarizə aparırıq. Biz Ukrayanın gələcəyini Avropa ilə birlikdə görürük. Bu gün Avropa Ukrayna üçün milli ideyadır”, - Poroşenko deyib.
Mənbə:> Oxu.Az