Poroşenko MDB ilə bütün əlaqələri kəsir
Ukrayna prezidenti Pyotr Poroşenko ukraynalı nümayəndələrin Müstəqil Dövlətlər Birliyinin (MDB) səlahiyyətli orqanlarından geri çağırılması barədə əmr imzalayıb.
Bu barədə “İnterfaks” məlumat yayıb.
“Avropa istiqamətində addımladığımızdan bizim orada təmsil olunmağımızın mənası yoxdur”, - deyə P.Poroşenko vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl P.Poroşenko ölkəsinin MDB-nin əlaqələndirici qurumlarında iştirakını dayandıracağı ilə bağlı açıqlama vermişdi.
“Bu MDB-dən çıxmaq anlamına gəlmir, çünki Ukrayna heç vaxt bu quruma daxil olmayıb”, - deyə P.Poroşenko vurğulamışdı.
Mənbə:> “İnterfaks”