Poroşenko Rusiya ilə danışıqların şərtini açıqladı
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya ilə danışıqların bərpa olunması üçün öz şərtlərini açıqlayıb.
Xəbəri “İnterfaks” yayıb.
Ukraynada daxili münaqişənin olmadığını vurğulayan P.Poroşenko deyib: “Rusiya hərbçiləri torpağımdan, Ukrayna ərazisindən çıxarıldığı günün sabahısı, ölkəmin ərazi bütövlüyü bərpa olunduqdan sonra biz digər müxtəlif məsələlər ətrafında danışıqlar aparmağa hazır olacağıq”.
Mənbə:> İnterfaks