Amerikalılar Serj Sarkisyanı nəzarətə götürdülər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hadisə

Amerikalılar Serj Sarkisyanı nəzarətə götürdülər

Amerikalılar Serj Sarkisyanı nəzarətə götürdülər

Qaçmış prezidentin və ya oliqarxın pulunu qaytarmaq çox mürəkkəb prosesdir.

Bunu virtualaz.org-a Kiyev "Sosial perspektiv" İctimai-informasiya Texnologiyaları Mərkəzinin direktoru İqor Burov deyib.

Qeyd edək ki, yaxın günlərdə ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) müstəntiqlərindən ibarət nümayəndə heyəti Ermənistana baş çəkəcək və Serj Sarkisyan komandasının üzvləri tərəfindən Ermənistandan qanunsuz kapital ixracı faktlarını araşdıracaq.

Vaxtilə Yanukoviçin pullarının Ukraynaya qaytarılması ilə məşğul olmuş İ.Burovun fikrincə, erməni hüquq-mühafizə orqanlarına bu məsələni həll etmək çox çətin olacaq.

"Çox tutarlı dəlillər lazımdır ki, o pulların, hansı ki, Sarkisyan xarici banklarda saxlayır, həqiqətən cinayətkar yolla qazanıldığını sübut etsin. Bundan başqa, Qərbdə mütləq soruşacaqlar: bu faktlar üzrə cinayət işi qaldırılıbmı? Amma əgər Ermənistanın yeni hakimiyyəti bu məsələdə qətiyyətli olsa, onda istisna olunmur ki, yaxın vaxtlarda Sarkisyan məhkəmə qarşısında dayanacaq. Mülklərə gəlincə, burada məsələ daha mürəkkəbdir.

Sovet İttifaqından qaçmış oliqarxların mülklərinin siyahıya alınmasına hələlik yalnız Britaniya başlayıb. Ancaq əgər başqa ölkələr də bu yolla getsələr, onda bu məsələdə irəliləyiş mümkün ola bilər", - deyə ekspert vurğulayıb.

Virtualaz.org xatırladır ki, Avropa Erməni İttifaqları Forumunun sədri Aşot Qriqoryan da dünən onun ünvanına Ermənistanın keçmiş prezidentinin ofşor sövdələşmələrinin təhqiqatının aparılması ilə bağlı təkliflər gəldiyini bildirib.

Qriqoryan Serj Sarkisyanın prezidentliyi dövründə korrupsiya sxemlərindən əziyyət çəkmiş bütün iş adamlarından xahiş edib ki, müvafiq məlumatları təqdim etsinlər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *