Serj Sarkisyanın bank hesabları həbs edilə bilər
Təhqiqat aparıldıqdan sonra Qərb Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın və onun yaxın ətrafındakı iş adamlarının hesablarını dondurmaq niyyətindədir. Virtualaz.org “Baqramyan 26” telegram-kanalına istinadən xəbər verir ki, bu tədbirlərin son məqsədi xarici ölkələrdə aşkar olunmuş bütün maliyyə vəsaitlərinin Ermənistana geri qaytarılmasıdır.
Avropa Erməni İttifaqları Forumunun sədri Aşot Qriqoryanın sözlərinə görə, onun ünvanına Ermənistanın keçmiş prezidentinin ofşor sövdələşmələrinin təhqiqatının aparılması ilə bağlı təkliflər gəlib.
Aşot Qriqoryan
Qriqoryan Serj Sarkisyanın prezidentliyi dövründə korrupsiya sxemlərindən əziyyət çəkmiş bütün iş adamlarından xahiş edib ki, müvafiq məlumatları təqdim etsinlər.
KİV-lərdə olan məlumata görə, Ermənistanın keçmiş prezidentinin yaxın ətrafının ən parlaq nümayəndəsi “Ermənistan elektrik şəbəkələri”ni ofşor sövdələşmələrinin hesabına aldığı iddia olunan rusiyalı milyarder Samvel Karapetyandır.
Mənbə:> Virtualaz.org