Paşinyan Serj Sarkisyanın istefasını şərh edib
Ermənistan müxalifətinin lideri, Ermənistan parlamentinin deputatı Nikol Paşinyan ölkənin baş naziri Serj Sarkisyanın istefasını şərh edib.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, N.Paşinyan məsələ ilə bağlı “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Ermənistan Respublikasının vətəndaşı, sən qazandın. Və indi heç kim bu qələbəni sənin əlindən ala bilməz. Təbrik edirəm”, - o yazıb.
Qeyd edək ki, Serj Sarkisyan bu gün Ermənistanın baş naziri vəzifəsindən istefa verib. Minlərlə etirazçının iştirakı ilə keçirilən aksiyaların əsas məqsədi də məhz bu idi.
Mənbə:> Oxu.Az