Serj Sarkisyan: "Ya danışıqlar aparır, ya da atəş açırıq" » AzNews.info -Xəbər portalı

Serj Sarkisyan: "Ya danışıqlar aparır, ya da atəş açırıq"

Serj Sarkisyan: "Ya danışıqlar aparır, ya da atəş açırıq"

Ermənistan bu mərhələdə Qarabağ probleminin hərbi yolla həlli niyyətində deyil.

Virtualaz.org-un Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən məlumatına görə, bunu prezident Serj Sarkisyan Müdafiə Nazirliyi Milli Tədqiqat Universitetində yeni tədris proqramının başlanmasına həsr edilmiş iclasında bildirib.

S.Sarkisyan deyib ki, problemin sülh nizamlanması, digər məsələlərlə yanaşı, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın əhalisi üçün istənilən hərbi təhlükəni istisna etməlidir.

"Bu münaqişənin, həqiqətən, hərbi həlli yoxdur. Buna görə bir əllə atəş açmaq və başqası ılə onu həll etmək üçün danışıqlar aparmaq mümkün deyil. Biz ya danışıqlar aparır, ya da atəş açırıq. Biz hər iki varianta hazırıq", - deyə S.Sarkisyan vurğulayıb.

Onun sözlərinə görə, danışıqlar qarşılıqlı etimad mühitində və silahların ikitərəfli tətbiq edilməməsi şəraitində aparılmalıdır.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *