Ermənistan danışıqlar prosesindən imtına etmir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Ermənistan danışıqlar prosesindən imtına etmir

Ermənistan danışıqlar prosesindən imtına etmir


Qarabağda Azərbaycan Silahlı Qüvvələrinin sarxıdıcı cavab zərbələrindən sonra Ermənistan xarici işlər naziri dolayısı ilə ölkəsinin geri çəkildiyi barədə açıqlama verib.

ANS PRESS-in əlumatına görə, Ermənistan XİN başçısı Edvard Nalbandyan bir neçə gün əvvəl prezident Serj Sarkisyanın "Təhlükəsizliyə zəmanət verilmədən İrəvan danışıqlar prosesinə qayıtmağı planlaşdırmır. Qarabağda hər an müharibə başlaya bilər" bəyanatını geri götürüb,

Nalbandyan bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindən imtına etmir.

Aprelin 24-də Sarkisyan bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır.

Ermənistan prezidenti müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır.

“Rusiyanın vasitəçiliyi altında əldə edilən atəşkəs daha geniş miqyasda müharibənin əngəllənməsi üçün kifayət deyil”, - Sarkisyan bildirib. Ermənistan prezidenti aprelin əvvəllərində gedən döyüş əməliyyatlarından danışarkən deyib ki, Azərbaycan döyüşlərə “bir neçə yüz tank və 30 minə yaxın artilleriya qurğusu” cəlb etmişdi.

“Təhlükəsizlik qarantiyası olmadan Ermənistanın sülh danışıqlarına qayıtması ağlasığmazdır. Çünki indi situasiya tamamilə başqadır. Bir tərəfdən biz haradasa danışıq aparacağıq, o biri tərəfdən hərbçilər burada münaqişəni həll etməyə çalışacaqlar?”-Sarkisyan deyib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *