Sarkisyan: Müharibə istənilən dəqiqə başlaya bilər
Ermənistan istənilən hücumu dəf edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə martın 21-də France24 fransız telekanalına müsahibəsində erməni prezident Serj Sarkisyan bildirib.
Münaqişə zonasında artan gərginlik barədə sualı cavablandıran Sarkisyan bildirib ki, genişmiqyaslı hərbi əməliyyatlar istənilən dəqiqə başlaya bilər.
“Gözlənilməz insidentlər münaqişənin daha da gərinləşməsinə gətirə bilər. Əlbəttə ki, bu, bizi narahat edir. Ermənistan müharibə istəmir və şəxsən mən müharibə istəmirəm. Lakin döyüşməkdən qorxmuram”, - deyə, Sarksiyan bildirib.
Mənbə:> Oxu.Az