Erməni bicindən şok etiraf
Son günlər cəbhədə işğalçı Ermənistan ordusunun 17 əsgərinin məhv edilməsi və Azərbaycanın ordusunun 3 şəhid verməsi fonunda yaranan gərginliyin pərdəarxası məqamları məlum olub.
Belə ki, Ermənistan müdafiə nazirinin müşaviri Davit Camalyan verdiyi müsahibədə cəbhədəki gərginliyin Rusiyanın forpostu rolunu oynayan rəsmi İrəvanın maraqlarına cavab verdiyini dolayısı ilə etiraf edib. Ölkəsinin daxili auditoriyasına hesablanmış müsahibədə Camalyan atəşkəs rejiminin hər an genişmiqyaslı müharibə ilə əvəzlənə biləcəyini deməklə rus hərbçisinin bir ailənin 7 üzvünü qətlə yetirməsi hadisəsinə görə Ermənistanda aksiya keçirən etirazçılara mesaj verib:
"Müharibə hələ bitməyib. Atəşkəs rejimi heç də genişmiqyaslı müharibənin başlamayacağı demək deyil. Hərbi əməliyyatlar hər an başlaya bilər. Çünki bu "yatan münaqişə"dir. Böyük müharibənin başlayacağı istisna deyil".
Erməni jurnalistin əsgər ölümlərinin və 20-sinin yaralanmasının səbəbləri barədə verdiyi suala Camalyan belə cavab verib:
"Azərbaycan snayperlərlə diversiya əməliyyatlarının taktikasını tez-tez dəyişir. Obrazlı desək "xəndək müharibə"si taktikasında tərəflərin zəngin təcrübəsi var. Azərbaycan yanvar ayından başlayaraq taktikada dəyişiklik etməyə başladı. Bu isə bizə ağır başa gəldi. İtirdiyimiz əsgərlərin yerini heç nə verə bilməz".
Ermənistan Müdafiə Nazirliyinin səlahiyyətlisi erməni cəmiyyətini son hadisələr səbəbindən təmkinli və vahid mövqedən çıxış etməyə də səsləyib.
Camalyan bununla Ermənistanda Rusiya qoşununun qalmasının Azərbaycandan gözlənilən hücumların qarşısının alınmasının tək təminatı olduğunu sadə ermənilərə çatdırıb.
Mənbə:> ANSPRESS