Kerri və Sarkisyan Qarabağı müzakirə etdilər
Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.
Oxu.Az-n məlumatına görə, bu barədə RİA Novosti-yə Ermənistan prezidentinin mətbuat xidmətindən məluamt verilib.
Məlumatda bildirlir ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
“Tərəflər son günlər ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı danışıqlar aparıblar. Həmçinin, söhbət əsnasında Vyana və Sankt-Peterburq görüşləri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi əsas müzakirə mövzusu olub”, - deyə məlumatda qeyd olunub.
Mənbə:> Oxu.Az