Sarkisyan Baydenlə Qarabağı müzakirə edib
Ermənistan prezidenti Serj Sarkisyan mayın 20-də telefon danışığı zamanı ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər.
“Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyanada əldə olunmuş razılaşmaların tam və səmərəli həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, telefon danışığı zamanı tərəflər münaqişənin ATƏT-in Minsk qrupunun vasitəçiliyi çərçivəsində yalnız sülh yolu ilə həllinin mümkünlüyünə dair həmrəy olduqlarını vurğulayıblar.
Mənbə:> Oxu.Az