Dövlət Duması Dmitri Medvedevin namizədliyini təsdiqlədi
Dmitri Medvedev yenidən Rusiyanın baş naziri vəzifəsinə təsdiqlənib.
RİA Novosti bildirir ki, bu gün Dövlət Dumasının plenar iclasında hökumət başçısı vəzifəsinə Dmitri Medvedevin təyin olunması məsələsinə baxılıb, onun namizədliyi səsə qoyulub.
D. Medvedevin lehinə 374 nəfər deputat səs verib, 56 nəfər isə əleyhinə olub. Beləliklə, baş nazir vəzifəsinə D. Medvedevin namizədliyi təsdiqlənib.
Plenar iclasda prezident Vladimir Putin də iştirak edib və bildirib ki, D.Medvedev “hökumətə mürəkkəb illərdə başçılıq edib”.
Mənbə:> Virtualaz.org