Medvedev Bakıya gəlir
Rusiyanın baş naziri Dmitri Medvedevin Yerevana rəsmi səfəri əvvəlcədən planlaşdırıldığı kimi aprelin 7-də baş tutacaq.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Ermənistan səfərindən sonra D.Medvedev aprelin 8-də Azərbaycana gələcək.
D.Medvedevin mətbuat katibi Natalya Timakova jurnalistlərə müsahibəsində bildirib ki, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin baş nazirlərinin görüşü İrəvanda deyil, Moskvada keçiriləcək.
Mənbə:> Oxu.Az