Dövlət Dumasının iki fraksiyası Medvedevin namizədliyini dəstəkləmir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Dövlət Dumasının iki fraksiyası Medvedevin namizədliyini dəstəkləmir

Dövlət Dumasının iki fraksiyası Medvedevin namizədliyini dəstəkləmir

Rusiya Kommunist Partiyası və "Ədalətli Rusiya" Partiyası Dmitri Medvedevin baş nazir vəzifəsinə namizədliyini dəstəkləməyiblər.

Prezident Vladimir Putin tərəfindən baş nazir vəzifəsinə namizədliyi irəli sürülən Dmitri Medvedev bu gün Dövlət Dumasında fraksiya rəhbərləri ilə görüş keçirib. Görüşdən sonra Kommunist Partiyasının lideri Gennadi Zyuqanov fraksiyasının Medvedevin namizədliyini dəstəkləməyəcəyini bildirib: "Bu kursa, bu komandaya, bu baş nazirə bizim fraksiya səs verməyəcək".

"Ədalətli Rusiya"nın lideri Sergey Mironov da Dmitri Medvedevin namizədliyinin əleyhinə olduğunu söyləyib: "Bəli, biz prezident Vladimir Putini dəstəkləyirik. Lakin onun baş nazir vəzifəsinə namizədini dəstəkləməyəcəyik. Bu gün keçiriləcək səsvermədə bizim fraksiya prezidentin irəli sürdüyü namizədin əleyhinə səs verəcək".

Qeyd edək ki, bu gün Dövlət Dumasının plenar iclası keçiriləcək. İclasda Medvedevin baş nazir vəzifəsinə namizədliyi məsələsinə baxılacaq. Plenar iclasda prezident Vladimir Putinin iştirakı da gözlənilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *