Medvedev Putinin əksinə çıxdı
Rusiyanın baş naziri Dmitri Medvedev nəqliyyat daşımaları sahəsində kiçik və orta biznes nümayəndələri ilə görüşdə son vaxtlar xəstələnmədiyini bildirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, martın 23-də, İnterfaks nəşri məlumat yayıb.
Tədbir iştirakçılarından biri hökümət başçısını salamlayaraq onu sağalması münasibəti ilə təbrik edib.
“Mən heç xəstələnməmişdim”, - Medvedev ona cavab verib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin martın 14-də Nazirlər Kabinetinin iclasında Medvedevin xəstələndiyini vurğulamışdı. Rusiya lideri bildirmişdir ki, epidemioloji vəziyyət normallaşsa da, ümumi vəziyyət hələ də ciddidir:
“Dmitri Anatolyeviçi qoruya bilmədik”, - Putin həmin vaxt demişdi.
Mənbə:> Oxu.Az