Putin və Medvedev birgə məşq etdilər – FOTO
Rusiya prezidenti Vladimir Putin və ölkənin baş naziri Dmitriy Medvedev Soçidə Rusiya Federasiyası rəhbərlərinin ən əzəmətli istirahət məkanlarından olan “Boçarov Ruçey” iqamətgahında birgə məşq edib və səhər yeməyi yeyiblər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, prezident və hökümət başçısı əvvəlcə isinmə hərəkətləri ediblər, sonra isə trenajorlarda güc çalışmalarını yerinə yetiriblər.
Məşqdən sonra onlar açıq eyvanda barbeküdə özlərinə ət qızardaraq səhər yeməyi hazırlayıblar.
Səhər yeməyi zamanı siyasətçilər bir sıra vacib məsələləri müzakirə ediblər.
Mənbə:> Oxu.Az