Deputat: Sarkisyansız Ermənistana Qarabağla bağlı dəqiq siyasət lazımdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Deputat: Sarkisyansız Ermənistana Qarabağla bağlı dəqiq siyasət lazımdır

Deputat: Sarkisyansız Ermənistana Qarabağla bağlı dəqiq siyasət lazımdır


Ruhanilər, polis və ordu Serj Sarkisyana dəstəkdən imtina etdikdən sonra aydın oldu ki, o, "siyasi cəsəd”dir.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Sarkisyanın istefasını şərh edərkən deyib.

Onun sözlərinə görə, erməni xalqı gələcəyə Sarkisyansız və onun zərərli siyasəti olmadan getməyə qərar verib:

"Ermənistanın indiki nəsli Sarkisyanın cinayətkar rejimi ilə deyil, sülh şəraitində yaşamaq istəyir. Düşünürəm ki, onun istefası ilə Ermənistanda yeni dövr başlayacaq, əvvəlki səhvlər yenidən qiymətləndiriləcək”, - azərbaycanlı deputat deyib.

Mirzəzadə ümidvar olduğunu bildirib ki, Sarkisyandan sonra Ermənistanın yeni hökumətində demokratik, müasir və sağlam düşüncəli insanlar yer alacaq:

"Ən əsası, Sarkisyanı əvəz edəcək yeni hökumət Qarabağ problemində daha dəqiq və düzgün mövqe seçməlidir”, - deputat əlavə edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *