Spiker: Burda etiraz etməyə nə ehtiyac var axı, Aydın Mirzəzadə?!
“Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının təşkil edilməsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi komitələrinin yeni üzvlərinin seçilməsi haqqında” sənəd parlamentdə müzakirəyə çıxarılaraq ayrı-ayrılıqda təsdiq olunub.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumatına görə, əsas yenilik odur ki, artıq bir deputat iki komitədə təmsil oluna biləcək.
Müzakirə zamanı Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə buna etirazını bildirib.
“Komitə üzvü komitə sədri və müavinindən sonra ən yüksək statusdur. Necə ola bilər ki, aid olduğu komitənin üzvlüyündən başqa, həmin deputat digər bir komitənin də təsadüfi üzvü olsun? Məncə bu düzgün deyil”, - deyə A.Mirzəzadə bildirib.
Milli Məclisin sədri Oqtay Əsədov isə onunla razılaşmayıb.
“Burda etiraz etməyə nə ehtiyac var axı, Aydın Mirzəzadə?! Dünyanın hər yerində bu praktika var, biz də tətbiq edirik. Qoy, deputat bir komitəyə yox, digər komitəyə də töhfəsini versin. Həm də deputatın hər bir məsələyə səs verməsi onsuz da onun hüququdur. Burda etiraz ediləsi heç nə yoxdur”, - deyə O.Əsədov bildirib.
Qeyd edək ki, İntizam komissiyasının tərkibinə deputat Kamran Nəbizadənin adı əlavə edilib.
Komissiyaların tərkibi isə belədir:
İntizam Komissiyası
Abıyev Ağacan Qulam oğlu
İbrahimgızı Məlahət İbrahim qızı
Fətiyev Xanlar Nuru oğlu
Kazımov Mirkazım Məhəmməd oğlu
Möhbalıyev Səttar Suliddin oğlu
Mustafa Fazil Qəzənfər oğlu
Nəbizadə Kamran telman oğlu
Hesablayıcı komissiyası
Heydərov Fəttah Səməd oğlu
Vəliyeva Sədaqət Süleyman qızı
Həsənquliyev Qüdrət Müzəffər oğlu
Hüseynov Rafael Baba oğlu
Kazımlı Xanhüseyn Hüseynağa oğlu
Orucov Zahid Məhərrəm oğlu
Zabelin Mixail Yuryeviç
Mənbə:> APA