Aİ Ermənistanda saxlanılan müxalifətçilərin azad olunmasını tələb edir
Avropa İttifaqı (Aİ) Ermənistanda müxalifətin keçirdiyi mitinq zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edib və tərəfləri təmkinli olmağa çağırıb.
TASS bildirir ki, bu, bu gün Aİ-nin xarici siyasət xidməti nümayəndəsinin yaydığı bəyanatda əksini tapıb.
Bəyanatda tərəflər məsuliyyətli olmağa dəvət edilir.
Qeyd edək ki, son məlumata əsasən Ermənistan hüquq-mühafizə orqanları keçmiş prezident Serj Sarkisyanın baş nazir postunu tutmasına etirazla bağlı bu gün keçirilən aksiyada iştirak edənlərdən 228 nəfəri saxlayıb. Onlardan 3-ü Ermənistan parlamentinin deputatıdır. Onlara qarşı ictimai asayişi pozmaqla bağlı ittiham irəli sürülüb.
Bundan başqa, qarşıdurmalar zamanı 7 nəfər xəsarət alıb.
Mənbə:> TASS