ABŞ Ermənistan hökumətinə xəbərdarlıq etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

ABŞ Ermənistan hökumətinə xəbərdarlıq etdi

ABŞ Ermənistan hökumətinə xəbərdarlıq etdi

ABŞ-ın Ermənistandakı səfirliyi ölkənin hüquq mühafizə orqanlarını hüquq normalarına və dinc toplantılar azadlığına ciddi riayət etməyə çağırıb.

Virtualaz.org news.am saytına istinadən bildirir ki, bu barədə səfirliyin yaydığı bəyanatda deyilir.

“Ölkə hakimiyyətini təmkin nümayiş etdirərək dinc mitinqlərə mane olmamağa çağırırıq. Jurnalistlər və nümayişçilərə qarşı zorakılığın tətbiq edilməsi barədə xəbərlər bizdə ciddi narahatlıq doğurur. Etirazçılara qarşı zorakılığa yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayırıq”,-deyə sənəddə bildirilir.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Sonradan ölkədə “məxməri inqilab”ın başlandığı elan olunub. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb, yüzlərlə insan saxlanılıb. Xəsarət alanlar var.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *